Pünhan Piriyev Xalq artisti Aygün Kazımova ilə bağlı iddialarını təkzib edib.
Müğənni video müraciətlə Xalq artistindən üzr istəyib.
Müğənni bildirib ki, Aygün Kazımovanı toyuna dəvət etməyəcəyi ilə bağlı dedikləri zarafat olub və bu sözləri ciddi qəbul edilməməlidir:
“Aygün xanımı toyuma çağırmayacağım barədə dediklərim yalan idi. Elə bir şey olmayıb. Zarafatca, öz aramızda olub. Əgər səhvim varsa, üzrlü saysın. Borcumdur bunu demək, bir də qulağına çatar. Düz etməmişəm elə deməklə. O bizim ürəyimizdir, canımızdır”./yenisabah/

