AQTA-dan qərar: 8 mindən çox baytarlıq preparatı məhv olundubackend

AQTA-dan qərar: 8 mindən çox baytarlıq preparatı məhv olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana idxal olunan baytarlıq preparatlarından birinin laborator müayinəsi zamanı normativ tələblərə uyğun olmayan göstərici müəyyən edilib. Nəticədə məhsulun minlərlə ədədi məhv olunub.

Editor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Agentliyin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Spektra-Vet” MMC tərəfindən ölkəyə gətirilən baytarlıq dərmanlarının nümunələri laborator sınaqlardan keçirilib.

Araşdırma zamanı Çin Xalq Respublikasından idxal olunan “Farmazin Tylo” adlı baytarlıq preparatının nümunələrində pH göstəricisinin normativ texniki tələblərə uyğun olmadığı üzə çıxıb.

Aşkarlanan uyğunsuzluqla əlaqədar qanunvericiliyə uyğun qərar qəbul edilib. Nəticədə preparatın 50 millilitrlik 5 010 ədədi və 100 millilitrlik 3 006 ədədi olmaqla, ümumilikdə 8 016 ədəd məhsul məhv edilib.