Çexiyalı nazir Bakı Dəmiryol Vağzalını ziyarət etdibackend

Çexiyalı nazir Bakı Dəmiryol Vağzalını ziyarət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çexiya Respublikasının nəqliyyat naziri İvan Bednarikin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Bakı Dəmiryol Vağzalını ziyarət edib.

Editor.az-ın APA-ya istinadən məlumatına görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov qonaqlara qurumun fəaliyyəti, sərnişindaşıma sahəsində görülən işlər, vağzalın infrastrukturu və sərnişinlər üçün yaradılan şərait barədə ətraflı məlumat verib.

Görüş zamanı ADY-nin sərnişin məmnuniyyətinin yüksəldilməsi və xidmətlərin rəqəmsallaşdırılması istiqamətində həyata keçirdiyi yeniliklər də təqdim olunub. Xüsusilə, Azərbaycanda ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında tətbiq edilən SİMA Pay üztanıma əsaslı ödəniş sisteminin fəaliyyəti barədə məlumat verilib.

Çexiyalı nazir vağzalda sərnişinlər üçün yaradılmış şəraitlə və müasir xidmət imkanları ilə tanış olub. O, sərnişindaşıma sahəsində innovativ yanaşmaların və müasir texnologiyaların əhəmiyyətini vurğulayıb.