Bu il də Bakı Ali Neft Məktəbi 35 Prezident təqaüdçüsü ilə lider oldu!backend

Bu il də Bakı Ali Neft Məktəbi 35 Prezident təqaüdçüsü ilə lider oldu!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənab Prezident İlham Əliyevin 2026–2027-ci tədris ili üzrə Prezident təqaüdçüləri haqqında Sərəncamına əsasən, ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 tələbədən 35-i Bakı Ali Neft Məktəbinin tələbəsidir!

Bu nəticə ilə BANM növbəti dəfə ölkə üzrə liderliyini qoruyub saxlayır.

BANM artıq 7-ci dəfədir Prezident təqaüdçülərinin sayına görə liderdir.

Tələbələrimizin ixtisaslar üzrə bölgüsü belədir:

🔹 Maliyyə – 13 nəfər
🔹 İnformasiya təhlükəsizliyi – 10 nəfər
🔹 Kimya mühəndisliyi – 8 nəfər
🔹 Kompüter elmləri – 3 nəfər
🔹 Data analitikası – 1 nəfər

Qürur duyuram ki, Azərbaycanın ən istedadlı, bilikli və məqsədyönlü gəncləri Bakı Ali Neft Məktəbini seçir, bizə inanır və gələcəklərini bizimlə qurmağa qərar verirlər.

Bizə güvənən, BANM-i seçən bütün intellektual əsgərlərə təşəkkür edir, hər birini ürəkdən təbrik edirəm!