Vatikan açıqlama yaydı: Papa XIV Leo ağciyərindən əməliyyat olunacaqbackend

Vatikan açıqlama yaydı: Papa XIV Leo ağciyərindən əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vatikanın mətbuat xidmətinin oktyabrın 12-də yaydığı məlumata əsasən, Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo sabah, oktyabrın 13-də səhər saatlarında cərrahi müdaxiləyə məruz qalacaq.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər yayıb.

Bazar günü Vatikandakı Müqəddəs Pyotr meydanında çıxışı zamanı ağciyərində kiçik düyün aşkarlanması barədə məlumat verən pontifikin vəziyyəti ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Vatikanın rəsmi açıqlamasında bildirilir ki, ağciyərdəki düyün rutin tibbi müayinələr zamanı aşkar edilib.

Vatikanın rəsmi xəbər portalı Vatican News əməliyyatın Romadakı Cemelli xəstəxanasında həyata keçiriləcəyini bildirib.

Vatikanın mətbuat katibi Matteo Bruni əməliyyatdan sonra bərpa müddətinin təxminən bir həftə davam edəcəyinin gözlənildiyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az