Bakıda və rayonlarda güclü külək olacaq – Sarı xəbərdarlıq edildibackend

Bakıda və rayonlarda güclü külək olacaq – Sarı xəbərdarlıq edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 13-də Bakıda, Abşeron yarımadasında və bir sıra rayonlarda küləkli hava şəraiti gözlənilir. Bununla əlaqədar Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq elan edib.

Editor.az-ın məlumatına görə, xəbərdarlıq paytaxt və Abşeronla yanaşı, Salyan, Qobustan, Neftçala, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusar rayonlarını əhatə edir.

Göstərilən ərazilərdə cənub-şərq küləyinin sürətinin saniyədə 13,9-20,7 metr olacağı proqnozlaşdırılır.

Sakinlərə küləkli hava şəraitində ehtiyatlı olmaları tövsiyə olunur.