Politoloqdan Ukrayna ilə bağlı ŞOK PROQNOZbackend

Politoloqdan Ukrayna ilə bağlı ŞOK PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tramp açıqlama verdi ki, Rusiya və Ukrayna bir-birinin enerji infrastrukturuna zərbələr endirməyi dayandırmağa hazırdır. Lakin bu açıqlama Zelenski üçün sürpriz oldu, çünki Putin bu barədə hər hansı razılaşmanın əldə olunduğu açıqlamamışdı”.

Bunu Musavat.com-a politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bir xatırlatma da edib:

“Zelenski əvvəllər də bildirmişdi ki, Ukrayna Rusiyanın enerji obyektlərinə zərbələri dayandırmağa hazırdır, bununla belə, Rusiya da eyni addımı atmalıdır. Moskva zərbələri dayandırmadığı halda, Ukraynanın birtərəfli qaydada bu prosesdə iştirak etməsi mümkün deyil”.

elxan.jpg (68 KB)

Elxan Şahinoğlunun fikrincə, Donald Tramp və Putin arasında enerji ilə bağlı razılaşmadan sonra Trampın Zelenskiyə qarşı ritorikası yenidən sərtləşib:

“Əvvəlki dövrlərdə olduğu kimi, Zelenskini alçaltmağa çalışırlar və onun dəyişdirilməli olduğu barədə fikirlər səsləndirilir. Halbuki Ukrayna prezidentinin kim olacağına Ukrayna xalqı özü qərar verməlidir. Bununla yanaşı, ABŞ-də, hətta Trampın mənsub olduğu Respublikaçılar Partiyasında belə, bu məsələyə münasibətdə fikir ayrılıqları mövcuddur. Bəzi respublikaçılar enerji ilə bağlı razılaşmanı düzgün hesab etmir və Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayırlar. Trampın mövqeyindən asılı olmayaraq, Avropanın mövqeyində dəyişiklik yoxdur. Avropa Ukraynaya dəstəyini davam etdirəcək”.

Politoloqun sözlərinə görə, enerji ilə bağlı razılaşma, şübhəsiz ki, Rusiyanın gəlirlərini müəyyən qədər artıracaq:

“Bu isə Rusiyaya müharibəni davam etdirmək üçün əlavə imkanlar yarada bilər ki, bu da Ukraynanın maraqlarına ziddir”.