Ukraynada enerji atəşkəsi ilk gündən sual altına düşdü: Kiyev Rusiyanı razılaşmanı pozmaqda ittiham edirbackend

Ukraynada enerji atəşkəsi ilk gündən sual altına düşdü: Kiyev Rusiyanı razılaşmanı pozmaqda ittiham edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya qüvvələri qaz hasilatı obyektinə və yanacaqdoldurma məntəqəsinə hücum ediblər.

Ukrayna rəhbərliyi bu hücumları enerji atəşkəsinin pozulması kimi qiymətləndirir. Zelenski əlavə edib ki, Kiyev Rusiyanın neft emalı zavodlarına qarşı hücumları dayandırmağa hazır ola bilər, lakin bunun üçün Moskva da Ukraynanın enerji infrastrukturunu hədəfə almağı dayandırmalıdır.

Trampın təşəbbüsü ilə bağlı əsas problemlərdən biri tərəflərin razılaşmanın şərtləri barədə eyni mövqedə olub-olmamasıdır. Zelenski belə bir atəşkəs barədə məlumatı mediadan öyrəndiyini bildirib. Rusiya tərəfi isə mümkün enerji atəşkəsi ilə bağlı təmasların davam etdiyini açıqlasa da, Ukraynanın təklif etdiyi 60 günlük ümumi atəşkəsə razılıq verməyib.

Rusiya rəsmiləri müvəqqəti atəşkəs əvəzinə uzunmüddətli sülh razılaşmasının tərəfdarı olduqlarını bildirirlər. Bununla belə, Kiyev və Moskvanın müharibənin dayandırılması üçün irəli sürdüyü şərtlər arasında ciddi fərqlər qalır.

Avropa İttifaqının rəsmiləri də atəşkəs təşəbbüsünün icrasına ehtiyatla yanaşırlar. Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ABŞ-ı Rusiyaya qarşı təzyiqi davam etdirməyə çağırıb. Almaniya kansleri Fridrix Merts isə Moskvanın ciddi danışıqlara başlaması üçün təzyiqin vacib olduğunu vurğulayıb.

//Samir Qurbanov, Editor.az