Ucarda sərnişin avtobusu yandı – Magistralda hərəkət dayandırıldıbackend

Ucarda sərnişin avtobusu yandı – Magistralda hərəkət dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucar rayonunda hərəkətdə olan sərnişin avtobusunda yanğın baş verib. Hadisə Bakı-Qazax magistralında nəqliyyatın hərəkətində müvəqqəti çətinlik yaradıb.

Editor.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün magistral yolun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. “İkarus” markalı sərnişin avtobusu hərəkətdə olarkən qəfil alışıb.

Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alov söndürülüb.

Hadisə səbəbindən Bakı istiqamətində nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılsa da, yanğın söndürüldükdən sonra yolda hərəkət bərpa edilib.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi ilə bağlı araşdırma aparılır.