NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı, amerikalı general Aleksus Qrinkevıç alyansın hərbi qarşıdurma axtarmadığını, lakin hücuma məruz qalacağı təqdirdə dərhal cavab verməyə hazır olduğunu bildirib.
Onun açıqlaması Avropada Rusiyanın mümkün hərbi və gizli əməliyyatları ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edib.
NATO hərbi hazırlığın gücləndirilməsini vacib sayır
Varşava Təhlükəsizlik Forumunda çıxış edən general alyansın quru, hava və dəniz qüvvələrinin əlaqələndirilmiş fəaliyyəti, müasir müşahidə sistemləri və pilotsuz texnologiyalar vasitəsilə müdafiə imkanlarını inkişaf etdirdiyini bildirib.
Qrinkevıçın sözlərinə görə, NATO müharibə başlatmaq niyyətində deyil. Bununla yanaşı, alyans üzvlərinin ərazisinə hücum baş verəcəyi təqdirdə çevik və əlaqələndirilmiş cavab vermək qabiliyyəti qorunmalıdır.
General genişmiqyaslı müharibənin qaçılmaz olmadığını da qeyd edib. Onun fikrincə, NATO ölkələri mümkün təhdidlərə qarşı ortaq mövqe formalaşdırmalı və hansı hallarda kollektiv cavab tədbirlərinin görüləcəyini aydınlaşdırmalıdırlar.
//Samir Qurbanov, Editor.az

