Ukrayna ilk dəfə yerli ballistik raketlə Rusiya ərazisinə zərbə endirdiyini açıqladıbackend

Ukrayna ilk dəfə yerli ballistik raketlə Rusiya ərazisinə zərbə endirdiyini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın “FirePoint” müdafiə şirkəti istehsal olan ballistik raketin ilk dəfə yerli Rusiya ərazisinə buraxıldığını bəyan edib.

Oxu.Az Oboz.ua-ya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru İrina Terex bildirib.

Söhbət uçuş məsafəsi 300 kilometrə qədər olan “FP-7” taktiki raketindən gedir.

O deyib ki, hazırda daha uzaqməsafəli Ukrayna ballistik raketləri üzərində işlər davam edir və həmin modellər də bu il ərzində təqdim olunacaq.

Xatırladaq ki, bu ayın əvvəlində Ukraynanın yeni “FP-7” taktiki ballistik raketini ilk dəfə döyüş şəraitində tətbiq etdiyi məlum olmuşdu. Oktyabrın 1-də Prezident Volodimir Zelenski raketin buraxılışının əks olunduğu videonu paylaşaraq bildirmişdi ki, ilk döyüş tətbiqindən sonra növbəti mərhələ onun seriyalı istehsalı olmalıdır.