Novosibirskdən Mahaçqalaya uçan S7 Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstan səmasında qəza siqnalı göndərib.
Editor.az-ın yaydığı məlumata görə, hadisədən sonra hava gəmisinin marşrutunda dəyişiklik baş verib və təyyarə qəfil Omsk istiqamətinə yönəlib.
İlkin məlumatda təyyarənin göyərtəsində 189 sərnişinin olduğu bildirilir.
Təyyarənin hansı səbəbdən qəza siqnalı verdiyi, marşrutun dəyişdirilməsinə nəyin səbəb olduğu və sərnişinlərin vəziyyəti barədə əlavə məlumat təqdim edilməyib.
Hadisənin təfərrüatları ilə bağlı rəsmi açıqlama verilib-verilmədiyi dəqiqləşdirilməlidir.

