İsmayıllıda zəlzələ baş verdi: Zərnəva, Tircan və Lahıcda hiss olundubackend

İsmayıllıda zəlzələ baş verdi: Zərnəva, Tircan və Lahıcda hiss olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunda yeraltı təkanlar qeydə alınıb. Zəlzələ rayonun bir neçə yaşayış məntəqəsində hiss olunub.

Editor.az-ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 11:35-də baş verən zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanın ocağı 10 kilometr dərinlikdə yerləşib.

Məlumata əsasən, zəlzələnin episentri Zərnəva stansiyasından 3 kilometr şərqdə qeydə alınıb.

Yeraltı təkanlar episentrə yaxın ərazilərdə, o cümlədən Zərnəva, Tircan, Lahıc və Həftəsov kəndlərində hiss olunub.

Zəlzələnin hər hansı dağıntıya və ya xəsarətə səbəb olub-olmadığı barədə təqdim edilən məlumatda əlavə təfərrüat yoxdur.