Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib ki, Rusiya vətəndaşları üçün Ukraynaya giriş qaydaları müharibə bitdikdən sonra da sərtləşdirilmiş şəkildə qalacaq.
Nazirin sözlərinə görə, Ukrayna təhlükəsizlik səbəbindən Rusiya vətəndaşlarına qarşı giriş məhdudiyyətlərini davam etdirməyi planlaşdırır.
O, bu fikirləri Slovakiyanın xarici işlər və Avropa məsələləri naziri ilə birgə mətbuat konfransında səsləndirib.
//Samir Qurbanov, Editor.az


