Tramp Rusiya neftinə qarşı sanksiyaların yenidən tətbiqini istisna etmədibackend

Tramp Rusiya neftinə qarşı sanksiyaların yenidən tətbiqini istisna etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump Rusiyanın neft satışına qarşı sanksiyaların yenidən tətbiq oluna biləcəyini bildirib.

Editor.az xəbər verir ki, UNIAN-ın məlumatına görə, Tramp bu barədə Fransanın Evian-les-Bains şəhərində BƏƏ Prezidenti Mohamed bin Zayed Al Nahyan ilə görüşü zamanı danışıb.
ABŞ lideri qeyd edib ki, Vaşinqton Rusiyanın neft ixracına qarşı məhdudiyyətlərin bərpası variantını nəzərdən keçirə bilər. Bununla belə, o, mümkün qərarın vaxtı və detalları barədə əlavə məlumat verməyib.

Trampın açıqlaması enerji bazarlarında və Rusiyaya qarşı iqtisadi təzyiqlərin gələcək istiqaməti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

//Samir Qurbanov, Editor.az