Zelenski Trampdan antiballistik raketlərin istehsalı üçün lisenziya istəyibbackend

Zelenski Trampdan antiballistik raketlərin istehsalı üçün lisenziya istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodymyr Zelenskyy Fransanın Evian-les-Bains şəhərində keçirilən G7 liderlərinin sammiti çərçivəsində ABŞ Prezidenti Donald Trump ilə görüşünün ilk təfərrüatlarını açıqlayıb.
Editor.az xəbər verir ki, UNIAN-ın məlumatına görə, Zelenski jurnalistlərə göndərdiyi səsli mesajda Trampdan Ukraynada antiballistik raketlərin istehsalı üçün ABŞ lisenziyalarının verilməsini xahiş etdiyini bildirib.

Ukrayna liderinin sözlərinə görə, bu addım ölkənin hava və raket hücumlarından müdafiə imkanlarını gücləndirməyə kömək edə bilər. Görüş zamanı tərəflər müdafiə sahəsində əməkdaşlıq, silah istehsalı və Ukraynanın təhlükəsizlik ehtiyaclarını da müzakirə ediblər.
Hələlik ABŞ tərəfi Zelenskinin bu müraciəti ilə bağlı rəsmi qərar açıqlamayıb.

//Samir Qurbanov, Editor.az