Ukraynalı futbolçu ad günündə boğularaq öldübackend

Ukraynalı futbolçu ad günündə boğularaq öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynalı futbolçu Vyaçeslav Şarpar 39 yaşında dünyasını dəyişib.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın bir sıra internet nəşrləri məlumat yayıb.

Məlumata görə, iyunun 2-də ad gününü qeyd edən idmançı elə həmin gün Yunanıstanın Lutrakion şəhərində dənizdə boğulub. Futbolçunun cəsədi yalnız iyunun 11-də tapılıb.

Mərhum futbolçunun dörd övladı qalıb.

Karyerası ərzində mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən Şarpar Ukraynanın “Volın”, “Vorskla”, “Arsenal Kiyev”, “Metallist” və “Metallurq” kimi klublarının şərəfini qoruyub.

O, həmçinin Moldovanın “Şerif” və yerli çempionatın qalibi olduğu Latviyanın “Riqa” klublarında da forma geyinib. Milli komandalar səviyyəsində isə o, yalnız Ukraynanın gənclər yığmasında çıxış edərək 2007-ci ildə iki oyunda meydana çıxıb.