ABŞ Prezidenti Donald Trump Ukraynadakı münaqişənin yaxın vaxtlarda sona çata biləcəyini bildirib. O, tərəflər arasında əldə olunacaq razılaşmanın artıq son mərhələyə yaxınlaşdığını qeyd edib.
Editor.az bu barədə xarici mediaya istinadla yazıb.
Tramp jurnalistlərə açıqlamasında bildirib ki, danışıqlar prosesində müəyyən irəliləyiş əldə olunub və vəziyyətin nizamlanacağına inanır:
“Qoy razılığa gəlsinlər. Mən bu prosesi bu mərhələyə qədər gətirmişəm və hesab edirəm ki, hər şey yoluna düşəcək. Düşünürəm ki, biz artıq məqsədə çox yaxınıq”.
ABŞ liderinin sözlərinə görə, dövlət katibi Marco Rubio, vitse-prezident JD Vance və administrasiyanın digər nümayəndələri Ukrayna münaqişəsinin nizamlanması istiqamətində aparılan işlərdə fəal iştirak edirlər.
Bu arada, Dmitry Peskov bildirib ki, Moskva Vaşinqtonun münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir və buna görə ABŞ tərəfinə minnətdardır.
//Gülnarə Abasova, Editor.az


