Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin onun açıq məktubuna verdiyi cavaba münasibət bildirib.
Zelenski axşam videomüraciətində Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Putinin çıxışını şərh edərək bildirib ki, Moskva tərəfi sülh çağırışlarına baxmayaraq yenidən müharibəni davam etdirməyə üstünlük verir.
Ukrayna liderinin sözlərinə görə, Rusiya hakimiyyəti dialoq imkanlarını dəyərləndirmək əvəzinə gərginliyi artıran mövqe sərgiləyir.
Xatırladaq ki, Zelenski daha əvvəl Putinə ünvanladığı açıq məktubda birbaşa görüş və atəşkəs üçün danışıqlara başlamağı təklif etmişdi. Kremlin reaksiyasında isə bu təşəbbüs qəbul olunmayıb və Moskva əvvəlki siyasi şərtlərin yerinə yetirilməsini tələb edib.
Putin isə forumdakı çıxışında Zelenskinin təklifini “məhsuldar olmayan” adlandıraraq birbaşa görüşə ehtiyac görmədiyini bildirib.
//Samir Qurbanov, Editor.az


