Ukrayna Moskva və Saratova od yağdırdı – Ölkənin ən böyük data mərkəzi vuruldubackend

Ukrayna Moskva və Saratova od yağdırdı – Ölkənin ən böyük data mərkəzi vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə günlük fasilədən sonra Ukrayna Rusiya ərazisinə dron hücumlarını bərpa edib.

Musavat.com xəbər verir ki, Moskva meri Sergey Sobyanin paytaxt səmasında 120-dək dronun zərərsizləşdirildiyini açıqlayıb.

Onun sözlərinə görə, “təcili yardım xidmətləri qəza yerində işləyir”.

Ukrayna həmçinin Saratov vilayətindəki Balakovo şəhərində iki mühüm obyektə zərbə endirib. Bunlardan biri Rusiyanın ən böyük məlumat mərkəzlərindən biri olan Sberbankın məlumat mərkəzidir.

İkinci hədəf Balakovo sənaye zonasında yerləşən metallurgiya zavodu olub.

Regional qubernator Roman Busargin hücumları təsdiqləyib.