TƏCİLİ: ABŞ və İsrail İrana böyük hücuma hazırlaşır – ŞOK TƏFƏRRÜATbackend

TƏCİLİ: ABŞ və İsrail İrana böyük hücuma hazırlaşır – ŞOK TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrail Donald Trampın Konqresə keçiriləcək aralıq seçkilərinə qədər fasilə verilməsi barədə bəyanatlarına baxmayaraq, İrana qarşı genişmiqyaslı zərbələrin bərpa olunması ehtimalına hazırlaşır.

Bu barədə “Axios” portalı ABŞ administrasiyasındakı mənbələrinə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu ötən həftə “ABŞ və İsraildə keçiriləcək seçkilərə qədər İrana qarşı yeni genişmiqyaslı əməliyyatın başlanması ehtimalını müzakirə ediblər”.

Söhbət İsraildə oktyabrın 27-də keçiriləcək parlament seçkilərinə və ABŞ-da noyabrın 3-də baş tutacaq Konqresə aralıq seçkilərinə qədərki dövrdən gedir.

Nəşr qeyd edir ki, bu danışıq Trampın oktyabrın 8-də ABŞ-nin Konqres seçkilərinə qədər İrana zərbə vurmayacağını bəyan etməsindən əvvəl baş tutub. Bununla belə, ABŞ və İsrail hərbçiləri döyüş hazırlığını saxlayır və prezident qərarını dəyişəcəyi təqdirdə əməliyyata hazırlığı yekunlaşdırırlar.

“Axios”un məlumatına görə, Tramp və Netanyahu İranın hərbi və nüvə obyektlərinə zərbələr endirməklə birgə əməliyyat keçirmək variantını nəzərdən keçiriblər.

“Prezident dedi: “Yaxşı, Bibi (Binyamin – red.), hazırlaş”. Lakin heç bir öhdəlik yoxdur. “Hazırlaş” hər şey demək ola bilər: indi, sonra və ya heç vaxt”, – deyə amerikalı rəsmi bildirib.

ABŞ administrasiyasında genişmiqyaslı hərbi kampaniyanın bərpa olunmasının tərəfdarı kimi Pentaqon rəhbəri Pit Heqset və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbərliyi çıxış edir. Trampın digər müşavirlərinin əksəriyyəti isə, əksinə, Vaşinqtonun Tehrana iqtisadi və digər təzyiqləri davam etdirməli olduğunu düşünür.

Musavat.com