Xamenei ilə şok görüş: Pezeşkian məxfi ünvana aparıldı, qara maşına mindirildi… – Detallarbackend

Xamenei ilə şok görüş: Pezeşkian məxfi ünvana aparıldı, qara maşına mindirildi… – Detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Prezidenti Məsud Pezeşkianın ölkənin Ali Lideri Müctəba Xamenei ilə qeyri-adi görüş keçirdiyi barədə iddia yayılıb. İddiaya görə, görüş o qədər qeyri-adi şəkildə baş verib ki, Pezeshkian həqiqətən Xamenei ilə görüşüb-görüşmədiyindən əmin olmayıb.

Editor.az  Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Iran International” nəşri öz mənbələrinə istinadən yayıb.

Qeyd edilib ki, Məsud Pezeşkianın Müctəba Xamenei ilə görüşü qeyri-adi şəraitdə son dərəcə məxfi şəkildə baş tutub. Görüşün təşkilatçısının İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) olduğu təxmin edilir.

İddiaya görə, Pezeşkian uzun müddətdir Müctəba Xamenei ilə görüşmək istəyib. Görüşə razılıq verilsə də, bu,  ənənəvi qaydada rəsmi iqamətgahda keçirilməyib.

Məlumata əsasən, Pezeşkian əvvəlcə məxfi bir ünvana aparılıb, daha sonra təhlükəsizlik müşayiətindən ayrılaraq tam qara şüşələri olan avtomobilə mindirilib. Müctəba Xameneinin məhz həmin avtomobildə olduğu iddia edilir.

İddiada bildirilir ki, avtomobilin salonu tam qaranlıq olduğundan tərəflər bir-birinin üzünü görməyiblər. Pezeshkiana Xamenei ilə əl sıxmağa belə icazə verilməyib. Görüş cəmi bir neçə dəqiqə davam edib.

Nəşrin yazdığına görə, Pezeşkian sonradan köməkçiləri ilə söhbətində hömin görüşdən narahat olduğunu açıqlayaraq, qarşısındakı şəxsin həqiqətən Müctəba Xamenei olub-olmadığına şübhə etdiyini deyib. O, qaranlıq səbəbindən yalnız səs eşitdiyini bildirib.

Xəbərdə həmçinin iddia olunur ki, Pezeşkian sonradan Müctəba Xameneinin rəsmi iqamətgahında üzbəüz yeni görüş keçirilməsini xahiş etsə də, bu tələb qəbul edilməyib.

Qeyd edək ki, “Iran International” Böyük Britaniyada 24/7 rejimində fəaliyyət göstərən farsdilli peyk xəbər kanalı və rəqəmsal media platformasıdır. Bu məlumat hələlik yalnız iddia xarakteri daşıyır və İranın rəsmi mənbələri tərəfindən təsdiqlənməyib.