İran ABŞ-nin bahalı dronlarını sıradan çıxarıb: Zərər milyard dolları ötürbackend

İran ABŞ-nin bahalı dronlarını sıradan çıxarıb: Zərər milyard dolları ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı arsenalındakı “MQ-9 Reaper” pilotsuz uçuş aparatlarının (PUA) təxminən 25%-ni itirib.

Oxu.Az bildirir ki, bu barədə “The Washington Post” (WP) qəzeti mənbələrinə istinadən xəbər verib.

Qeyd olunur ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazı bölgəsində “İran üçün asan hədəfə çevrilən” ümumilikdə 45 ədəd “MQ-9 Reaper” aparatı itirib. Aşağı hündürlükdə və kifayət qədər yavaş uçan bu dronlar kəşfiyyat aparmaq və nöqtəvi zərbələr endirmək üçün istifadə olunur. Onların dəyəri quraşdırılmış sensorların və silahların növündən asılı olaraq 30 milyon dollardan 50 milyon dollaradək dəyişə bilər.

Nəşrin hesablamalarına görə, PUA-ların itirilməsi səbəbindən amerikalı vergiödəyicilərinin üzərinə düşə biləcək potensial xərc 1,3 milyard dolları ötür. WP-nin məlumatına görə, PUA-ların heç də hamısı vurulmayıb, bəzi aparatlar operatorlarla əlaqə kəsildikdən sonra qəzaya uğrayıb.