Ermənistanda növbədənkənar seçki ehtimalı: Paşinyan alternativ ssenarini açıqladıbackend

Ermənistanda növbədənkənar seçki ehtimalı: Paşinyan alternativ ssenarini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın vaxtlarda Konstitusiya layihəsi dərc olunacaq, ictimai müzakirələr başlayacaq və sənəd parlamentə təqdim ediləcək.

Editor.az xəbər verir ki, Ermənistan mediasının məlumatına görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan müxalifəti bu məsələnin vacibliyinə inandırmağa çalışacaqlarını, bunun nəticə verməyəcəyi təqdirdə, digər ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsini nəzərdən keçirəcəklərini deyib.

“Biz müxalifətdəki həmkarlarımızı bunun Ermənistan dövlətinin mövcudluğunun təmin edilməsi məsələsi baxımından vacib və prinsipial məsələ olduğuna inandırmağa çalışacağıq. Əgər bu, nəticə verməsə, növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da daxil olmaqla, digər ssenariləri nəzərdən keçirəcəyik”, – Baş nazir bildirib.