Zəngəzur marşrutu ilə bağlı yeni addım: Qriqoryandan açıqlamabackend

Zəngəzur marşrutu ilə bağlı yeni addım: Qriqoryandan açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan TRIPP layihəsi üzrə hazırlıq işlərini növbəti mərhələyə keçirir. Ölkənin baş nazirinin müavini Mqer Qriqoryan yolun layihələndirilməsi prosesinə bu gündən başlanılacağını açıqlayıb.

Editor.az-ın məlumatına görə, Qriqoryan bildirib ki, ilkin mərhələdə yolun eskizləri hazırlanacaq və müzakirəyə təqdim olunacaq. Bu təkliflər nəzərdən keçirildikdən sonra layihənin detallı dizaynı üzərində işlərə başlanacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan da layihənin reallaşdırılması ilə bağlı ABŞ-la birgə şirkətin yaradılması prosesinin yekunlaşmaq üzrə olduğunu deyib.

Beləliklə, TRIPP üzrə hazırkı mərhələdə əsas diqqət infrastrukturun layihələndirilməsinə və layihənin icrası üçün birgə şirkətin yaradılmasına yönəlib. Tikinti işlərinin başlanma tarixi ilə bağlı isə bu açıqlamada konkret məlumat verilməyib.