Sərhədlərimizi keçmək o qədər asanlaşıb ki… – Baqratbackend

Sərhədlərimizi keçmək o qədər asanlaşıb ki… – Baqrat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sərhədlərimizi keçmək o qədər asanlaşıb ki, hətta sərxoş adlandırılan bir çoban belə bunu rahatlıqla edə bilər”.

Editor.az bildirir ki, Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri oktyabrın 22-də jurnalistlərə müsahibəsində arxiyepiskop Baqrat Qalstanyan səsləndirib.

“Əgər bir sərxoş sərhədi asanlıqla keçirsə, hər hansı ciddi bir əməliyyat planlaşdırılsa, nələrin baş verəcəyini təsəvvür edin. Duman olduğu, azdığı və ya başqa nələrin baş verdiyi deyilir. Təəssüf ki, ali hakimiyyət tərəfindən sərhədlərimiz tamamilə taleyin ümidinə buraxılıb”, – deyə o qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) oktyabrın 19-da saat 17:50-də Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımovun aşkarlandığını bildirmişdi. Qurumun məlumatına əsasən, Azərbaycan vətəndaşı yolu azaraq Ermənistan Respublikasının ərazisinə keçib. Hazırda onun geri qaytarılması istiqamətində müvafiq addımlar atılır.