Makron Fransada etiraz aksiyalarına qadağa qoyulacağını bəyan etdibackend

Makron Fransada etiraz aksiyalarına qadağa qoyulacağını bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron yaxın günlər ərzində həmkarlar ittifaqları tərəfindən keçirilməyən bütün etiraz aksiyalarına yerli hakimiyyət orqanları tərəfindən qadağa qoyulacağını açıqlayıb.

Editor.az xəbər verir ki, bu barədə Yelisey sarayının “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Dövlət başçısı qarşıdakı nümayişlərlə bağlı Nazirlər Kabineti üzvlərinin iştirakı ilə baş tutan iclasdan sonra qeyd edib:

“Söhbət həmkarlar ittifaqı təşkilatlarından gedirsə, prefektlər onlara başqa marşrutlar təqdim edəcəklər. Lakin həmkarlar ittifaqına aid olmayan aksiyalar mümkündürsə, hər yerdə qadağan ediləcək”.

Fransa prezidentinin sözlərinə görə, hazırda etirazların zamanı deyil.

O əlavə edib ki, hər kəsin yenidən sakitliyə qovuşması zəruridir.

Dövlət başçısı 17 oktyabr iğtişaşlarına görə solçu radikal qrupları təqsirləndirib. Makron onların əsas hədəfinin “ölkəni darmadağın etmək” olduğunu vurğulayıb. Xatırladaq ki, oktyabrın 17-də Paris də daxil olmaqla Fransanın hər yerində yanacaq qiymətlərinin artmasına və alıcılıq qabiliyyətinin zəifləməsinə etiraz olaraq kütləvi aksiyalar baş tutub. Təşkilatçılar bu yürüşlərdə 800 min nəfərin iştirak etdiyini bildirsələr də, Daxili İşlər Nazirliyi bu rəqəmin 550 min olduğunu açıqlayıb. Bəzi şəhərlərdə dinc nümayişlər polis qüvvələri ilə toqquşmalara və kütləvi iğtişaşlara çevrilib.