Peskov məşhur şəhərin adını çəkdi: “Müzakirə edirik”backend

Peskov məşhur şəhərin adını çəkdi: “Müzakirə edirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, ABŞ və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı üçtərəfli görüşün Əbu-Dabidə keçirilməsi ehtimalı müzakirə olunur. Kremlin açıqlaması mümkün danışıqların keçiriləcəyi məkanla bağlı diqqəti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına yönəldib.

Editor.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Əbu-Dabinin belə bir görüş üçün mümkün variantlardan biri kimi nəzərdən keçirildiyini bildirib.

Peskov məsələ ilə bağlı müzakirələrin davam etdiyini qeyd edib. Görüşdə hər hansı sənədin hazırlanmasının planlaşdırılıb-planlaşdırılmadığı barədə suala isə o, buna ehtiyac olmadığını söyləyib.

Hələlik üçtərəfli görüşün keçiriləcəyi tarix və yekun məkan barədə rəsmi qərar açıqlanmayıb.