ABŞ-ın Mərkəzi Zərbxanası ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə üzərində Prezident Donald Trampın təsviri əks olunan xüsusi 1 dollarlıq xatirə sikkələrinin istehsalına başlayacaq.
Independent nəşrinin məlumatına görə, sikkə üçün seçilən dizayn ABŞ-ın Təsviri İncəsənət Komissiyasının tövsiyə etdiyi variantlar sırasında yer almayıb. Bu səbəbdən qərar ölkədə geniş müzakirələrə və tənqidlərə yol açıb.
Bildirilir ki, layihə ABŞ-ın 250 illik yubileyi ilə bağlı həyata keçirilən tədbirlər proqramının tərkib hissəsidir. Bununla yanaşı, bəzi ekspertlər və ictimai xadimlər vəzifədə olan prezidentin təsvirinin pul nişanında istifadə edilməsinin ABŞ-da formalaşmış ənənələrə uyğun olmadığını bildirirlər.
Yeni xatirə sikkələrinin yubiley tədbirləri çərçivəsində təqdim ediləcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az

