“iPhone”la Ramzan və Adam Kadırovları nə birləşdirir? – VİDEObackend

“iPhone”la Ramzan və Adam Kadırovları nə birləşdirir? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çeçenistanda Adam Kadırovun portreti həkk olunan eksklüziv “iPhone”ların satışı başlayıb.

Globalinfo.az xəbər verir ki, bir neçə gün əvvəl Çeçenistanda fəaliyyət göstərən texnika mağazalarından biri sosial şəbəkədə Ramzan Kadırov və oğlu Adam Kadırovun təsvirləri ilə hazırlanan fərdiləşdirilmiş iPhone 17 Pro DUSTUM modelini təqdim edib.

Bildirilib ki, smartfonlar platin örtük, karbon əlavələr və premium materiallardan istifadə edilməklə hazırlanıb. Məhdud sayda istehsal olunan cihazın ilkin satış qiyməti 400 min rubl (təxminən 8,7 min manat) olub. Sonradan isə qiymət 350 min rubla (təxminən 7,64 min manat) endirilib.

Reklam mətnində cihaz “Eksklüziv dizayn. Gözdən qaçmayan status. DUSTUM – dəbdəbənin texnologiyanın bir hissəsinə çevrildiyi məqam” şüarı ilə təqdim olunur.

Qeyd edək ki, “DUSTUM” Adam Kadırovun döyüş ləqəbidir. Ramzan Kadırov daha əvvəl açıqlamasında gənclik illərində özünün də bu ləqəbdən istifadə etdiyini bildirib. O, Əfqanıstanın sabiq vitse-prezidenti və generalı Əbdül Rəşid Dostumun Çeçenistana səfərindən danışarkən bildirib ki, “Dustum” sözü tərcümədə “dostlar” mənasını verir.