Ukrayna Prezidenti Volodimir Zelenski “Naftoqaz”ın İdarə Heyətinin sədri Sergey Koretskini ölkənin yeni baş naziri vəzifəsinə ən hazırlıqlı namizəd adlandırıb.
Zelenski bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenlə keçirdiyi birgə mətbuat konfransında danışıb.
Dövlət başçısı bildirib ki, hökumətin formalaşdırılması ilə bağlı aparılan müzakirələr zamanı ölkənin enerji təhlükəsizliyi, iqtisadi sabitliyi və qış mövsümünə hazırlıq əsas prioritetlər kimi nəzərə alınıb. Onun sözlərinə görə, məhz bu amillər Sergey Koretskinin namizədliyini ön plana çıxarıb.
Prezident vurğulayıb ki, yeni hökumətin əsas vəzifələrindən biri Ukraynanın enerji sisteminin dayanıqlığını təmin etmək və qarşıdan gələn qış mövsümünə hazırlığı uğurla həyata keçirmək olacaq.
//Samir Qurbanov, Editor.az

