CNN: Ukrayna Rusiyaya “Hörmüz boğazı modeli” ilə strateji təzyiq göstərirbackend

CNN: Ukrayna Rusiyaya “Hörmüz boğazı modeli” ilə strateji təzyiq göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın CNN telekanalı Ukraynanın Azov dənizində həyata keçirdiyi son əməliyyatları Rusiyaya qarşı tətbiq olunan yeni strateji təzyiq modeli kimi qiymətləndirib.

Nəşrin təhlilinə görə, Ukraynanın Azov dənizində gəmiçiliyi hədəf alan zərbələri Rusiyanın ixrac və hərbi logistikasında ciddi problemlər yaradıb. CNN bu vəziyyəti İranın Hörmüz boğazında tanker daşımalarına yaratdığı təhlükə ilə müqayisə edərək, bunu “Hörmüz boğazı modeli üzrə strateji blokada” adlandırıb.

Məqalədə qeyd olunur ki, son hücumlar nəticəsində Rusiya Azov dənizində gəmi hərəkətini məhdudlaşdırmaq və bəzi yük marşrutlarını alternativ istiqamətlərə yönəltmək məcburiyyətində qalıb.

Analitiklərin fikrincə, Ukraynanın əsas məqsədi Rusiyanın işğal altındakı ərazilərə hərbi təchizatını çətinləşdirmək, eyni zamanda ölkənin ixrac imkanlarına və iqtisadi fəaliyyətinə əlavə təzyiq göstərməkdir.

//Samir Qurbanov, Editor.az