San-Fransisko sahillərində faciə: Alkatraz adası yaxınlığında qayıq batdı, 1 nəfər ölüb, 2 nəfər itkin düşübbackend

San-Fransisko sahillərində faciə: Alkatraz adası yaxınlığında qayıq batdı, 1 nəfər ölüb, 2 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko körfəzində, Alkatraz adası yaxınlığında baş verən qayıq qəzası nəticəsində bir nəfər həlak olub, iki nəfər isə itkin düşüb.

Editor.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, göyərtəsində 19 nəfərin olduğu üçmərtəbəli istirahət qayığı naməlum səbəbdən çevrilərək batıb.

Hadisə yerinə cəlb olunan xilasedicilər 16 nəfəri xilas ediblər. Ağır vəziyyətdə sudan çıxarılan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, üç nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Hazırda itkin düşən iki nəfərin axtarışları ABŞ Sahil Mühafizəsi, helikopterlər, dalğıclar və xilasedici qayıqların iştirakı ilə davam etdirilir.

İlkin məlumatlarda hadisənin yanğınla əlaqəli olduğu bildirilsə də, sonradan aparılan araşdırmalar zamanı bunu təsdiqləyən hər hansı sübut aşkarlanmayıb. Rəsmilər qəzanın başvermə səbəbinin araşdırıldığını bildiriblər.

//Gülnarə Abasova, Editor.az