Ukrayna dronu Rusiyanın “Mi-28” helikopterini BELƏ VURDU – ANBAAN VİDEObackend

Ukrayna dronu Rusiyanın “Mi-28” helikopterini BELƏ VURDU – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Belqorod vilayətində Rusiya Silahlı Qüvvələrinə məxsus “Mi-28” (“Gecə ovçusu”) tipli zərbə helikopteri vurulub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (ləqəbi “Madyar”) məlumat yayıb.

“Mi-28 “Gecə ovçusu” burnu üstə yerə çırpılıb”, – deyə o, öz “Telegram” kanalında yazıb.

Brovdinin sözlərinə görə, helikopter Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında, Ukrayna Ordusunun “Raroq” adlı 427-ci ayrıca pilotsuz sistemlər briqadasının hərbçiləri tərəfindən hədəf alınıb.

Musavat.com