ABŞ-ın Şimali Karolina ştatında yaşayan Syu Rouli yuxusuz keçən gecədə iştirak etdiyi onlayn lotereyada 150 min dollar məbləğində cekpot qazanıb.
Editor.az xəbər verir ki, məlunata görə, qadın gecə yata bilmədiyi üçün mobil telefonunu götürərək rəqəmsal ani lotereya oyunlarından birini oynamağa qərar verib. O, cəmi 30 dollar məbləğində mərc etdikdən sonra 150 min dollarlıq böyük uduşun sahibi olub.
Syu Rouli ilk anda qazandığı məbləğə inanmadığını bildirib. Onun sözlərinə görə, belə böyük uduşun məhz ona qismət olacağı ağlına belə gəlməyib.
Qadın qazandığı pulu evinin təmirinə xərcləməyi planlaşdırdığını deyib.
Şimali Karolina ştatının rəsmiləri isə lotereya iştirakçılarına qumar oyunlarına yalnız əyləncə vasitəsi kimi yanaşmağı, onu gəlir mənbəyi hesab etməməyi tövsiyə ediblər. Buna baxmayaraq, Syu Roulinin hekayəsi qısa zamanda bölgədə geniş maraq doğurub.
//Gülnarə Abasova, Editor.az

