Ukraynanın yeni Baş naziri Sergey Korçetskinin qərarı ilə İvan Vıqovski Ukrayna Milli Polisinin rəhbəri vəzifəsindən azad edilib.
Məlumata görə, Vıqovski öz ərizəsi əsasında vəzifəsindən ayrılıb və yeni hökumətdə Ukraynanın daxili işlər naziri təyin olunub.
Milli Polisin yeni rəhbəri hələ müəyyənləşdirilməyib.
Qərara əsasən, qurumun birinci müavini Maksim Tsutskiridze yeni təyinatadək Milli Polisin rəhbəri səlahiyyətlərini müvəqqəti icra edəcək. Mənbələrin bildirdiyinə görə, daimi rəhbərin kim olacağı ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
//Samir Qurbanov, Editor.az

