Ukrayna Prezidenti Volodimir Zelenski Müdafiə Nazirliyinə müvəqqəti rəhbər təyin edib.
Dövlət başçısının qərarına əsasən, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri vəzifəsini müvəqqəti icra edən Yevgeni Xmara müdafiə naziri vəzifəsinə rəsmi təyinat həyata keçirilənədək nazirliyə rəhbərlik edəcək.
Bu qərar əvvəlki müdafiə naziri Mixail Fedorovun vəzifədən ayrılmasından sonra nazirliyin fəaliyyətində fasilənin yaranmaması və idarəetmənin davamlılığının təmin edilməsi məqsədi daşıyır. Zelenskinin təqdim edəcəyi namizəd təsdiqləndikdən sonra Müdafiə Nazirliyinə yeni rəhbər rəsmi şəkildə təyin olunacaq.
//Samir Qurbanov, Editor.az

