Zelenski Ukrayna səfirliklərində genişmiqyaslı kadr islahatlarını anons etdibackend

Zelenski Ukrayna səfirliklərində genişmiqyaslı kadr islahatlarını anons etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin xaricdəki diplomatik nümayəndəliklərində genişmiqyaslı kadr dəyişikliklərinin həyata keçiriləcəyini açıqlayıb.

Prezident axşam videomüraciətində bildirib ki, yaxın günlərdə Ukraynanın diplomatik korpusunun fəaliyyətinin gücləndirilməsi ilə bağlı müşavirə keçiriləcək. Onun sözlərinə görə, iclasda ölkənin xaricdəki səfirliklərinin işi ətraflı qiymətləndiriləcək və bir sıra kadr qərarları qəbul olunacaq.
Zelenski vurğulayıb ki, diplomatik xidmətin yenilənməsi Ukraynanın beynəlxalq tərəfdaşlarla əməkdaşlığını daha da gücləndirməyə, ölkənin maraqlarının xaricdə daha effektiv müdafiəsinə xidmət edəcək.

Ukrayna lideri əlavə edib ki, səfirliklərin fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması hökumətin əsas prioritetlərindən biridir. Bu məqsədlə diplomatik korpusda geniş kadr islahatlarının aparılması nəzərdə tutulur.

//Samir Qurbanov, Editor.az