İran Trampın Yaxın Şərqdəki göydələnlərini hədəfə almaqla hədələdibackend

İran Trampın Yaxın Şərqdəki göydələnlərini hədəfə almaqla hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampla əlaqəli Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində yerləşən daşınmaz əmlak obyektlərinin mümkün hərbi zərbələr üçün “qanuni hədəf” hesab olunduğunu bəyan edib.

SEPAH-a bağlı Telegram kanalında yayılan açıqlamada qeyd olunub ki, Trampın adı ilə əlaqələndirilən göydələnlər və digər kommersiya obyektləri İranın mümkün cavab tədbirləri siyahısına daxil edilib. Bu bəyanat Vaşinqton və Tehran arasında son günlər daha da gərginləşən qarşıdurma fonunda səsləndirilib.

Rəsmi Tehran hələlik bu bəyanatla bağlı əlavə açıqlama verməyib. Bununla yanaşı, regionda davam edən gərginlik fonunda tərəflərin sərt bəyanatları Yaxın Şərqdə vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.

//Samir Qurbanov, Editor.az