NATO rəsmisi: Ukrayna 2026-cı ildə 5 milyondan çox dron istehsal edəcəkbackend

NATO rəsmisi: Ukrayna 2026-cı ildə 5 milyondan çox dron istehsal edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 2026-cı il ərzində 5 milyondan çox pilotsuz uçuş aparatı (PUA) istehsal etməyi planlaşdırır. Bu barədə NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin Ali Baş Komandanının müavini Conni Stringer bildirib.

Onun sözlərinə görə, Ukrayna hazırda Rusiyanın genişmiqyaslı işğalının ilk dövrü ilə müqayisədə min dəfə daha çox dron istehsal edir. Stringer vurğulayıb ki, NATO Ukraynanın döyüş şəraitində formalaşdırdığı bu təcrübəni diqqətlə öyrənməli və ondan faydalanmalıdır.

NATO rəsmisi qeyd edib ki, Ukraynanın qısa müddətdə dron istehsalını bu səviyyəyə çatdırması müasir müharibənin xarakterini dəyişən mühüm amillərdən biridir.

//Samir Qurbanov, Editor.az