Polşa hökuməti ölkədə tam dövlət müharibə hazırlığı rejiminin tətbiqini nəzərdə tutan yeni hüquqi mexanizm üzərində işləyir.
Məlumata görə, yeni hüquqi model sülh dövründə dövlətin fəaliyyəti ilə rəsmi hərbi vəziyyətin elan olunması arasındakı hüquqi boşluğu aradan qaldırmağı hədəfləyir.
Təklif edilən dəyişikliklər qəbul olunacağı təqdirdə, hakimiyyətə qoşunların vaxtından əvvəl yerləşdirilməsi, strateji infrastrukturun müharibə şəraitinə hazırlanması və NATO müttəfiq qüvvələrinin qəbuluna dair prosedurları hərbi vəziyyət elan edilmədən öncə başlatmaq imkanı veriləcək.
Ekspertlərin fikrincə, bu addım Polşanın təhlükəsizlik sistemini gücləndirməyə və mümkün hərbi təhdidlərə daha operativ reaksiya verməsinə xidmət edəcək. Yeni hüquqi mexanizmin qəbul olunması ilə bağlı müzakirələr davam edir.
//Samir Qurbanov, Editor.az

