Yanacaq qiymətlərində artım başladı: Dizel yenidən bahalaşırbackend

Yanacaq qiymətlərində artım başladı: Dizel yenidən bahalaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada pərakəndə yanacaq qiymətləri artmağa başlayıb. İlk qiymət artımını aşağı qiymət seqmentində fəaliyyət göstərən yanacaqdoldurma şəbəkələri həyata keçirib.

Editor.az xəbər verir ki, bu barədə enkorr ixtisaslaşmış portalı “A-95” Konsaltinq Şirkətinin monitorinq məlumatlarına istinadən xəbər verib.

Məlumata görə, xüsusilə dizel yanacağının qiymətində artım qeydə alınıb. Bazar iştirakçıları qiymət dəyişikliklərini yanacaq bazarındakı mövcud tendensiyalar və tədarük xərclərinin artması ilə əlaqələndirirlər. Yanacaq bazarında yaxın günlərdə digər şəbəkələrin də qiymətlərə yenidən baxacağı istisna edilmir.

//Samir Qurbanov, Editor.az