Aİ Ukrayna üçün ayrılan ilk kredit tranşında dron istehsalına maliyyəni ixtisar edibbackend

Aİ Ukrayna üçün ayrılan ilk kredit tranşında dron istehsalına maliyyəni ixtisar edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Ukraynaya ayrılan 90 milyard avroluq kredit proqramının ilk tranşının strukturunda dəyişiklik edib. Belə ki, ilkin mərhələdə nəzərdə tutulan 5,9 milyard avro həcmində dron istehsalının maliyyələşdirilməsi paketdən çıxarılıb.

Məlumata görə, ilk tranş çərçivəsində vəsaitin əsas hissəsi Ukraynanın dövlət büdcəsinin dəstəklənməsinə yönəldiləcək. Bu məqsədlə Kiyevə 3,2 milyard avro məbləğində büdcə yardımı ayrılması planlaşdırılır.

Qərarın Avropa İttifaqının maliyyə prioritetlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı olduğu bildirilir. Bununla yanaşı, Ukraynaya ayrılan ümumi 90 milyard avroluq kredit proqramının həcmi dəyişməz qalır.

Məlumatı Euractiv nəşri Avropa institutlarındakı mənbələrə istinadən yayıb. Nəşrin yazdığına görə, ilk tranşın əsas məqsədi Ukraynanın maliyyə sabitliyini qorumaq və dövlət xərclərinin qarşılanmasına dəstək verməkdir.

//Samir Qurbanov, Editor.az