Dünyanın ən kiçik qəsri satışa çıxarıldı: qiyməti 1,1 milyon avrodurbackend

Dünyanın ən kiçik qəsri satışa çıxarıldı: qiyməti 1,1 milyon avrodur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniyanın Hamburg şəhərində yerləşən və dünyanın ən kiçik qəsri hesab edilən Henneberg qəsri yeni sahibini axtarır. XIX əsrdə neoqotik üslubda inşa olunan tarixi tikili 1,1 milyon avroya satışa çıxarılıb.

1884–1887-ci illərdə Alster çayının sahilində süni yaradılmış 15 metrlik təpə üzərində tikilən qəsr orta əsrlərə aid Henneberg qalasının 1:4 ölçüdə miniatür surətidir. Tikilinin ümumi sahəsi cəmi 70 kvadratmetr olsa da, burada cəngavər zalı, qüllə, ibadətgah, terras və şəxsi körpü mövcuddur.

Qəsrin hüquqi statusu yaşayış evi deyil, bağ evi kimi qeydiyyata alındığından burada daimi yaşamaq mümkün deyil. Buna görə də yeni sahib onun mədəni tədbirlər, toy mərasimləri, sərgilər, ofis və ya yaradıcılıq məkanı kimi istifadəsini davam etdirə bilər.

Qeyd edək ki, Henneberg qəsri ilk dəfə 2024-cü ildə 1,9 milyon avroya satışa çıxarılsa da, sonradan qiyməti 1,1 milyon avroya endirilib.

//Samir Qurbanov, Editor.az