Zelenski: Belarusdakı retranslyatorlar fəaliyyətini dayandırıbbackend

Zelenski: Belarusdakı retranslyatorlar fəaliyyətini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, iyunun 22-dən etibarən Belarus ərazisində yerləşən və Rusiyanın “Şahed” tipli pilotsuz uçuş aparatlarının Ukraynadakı hədəflərə yönləndirilməsində istifadə olunduğu iddia edilən retranslyatorlar fəaliyyətini dayandırıb.

Zelenski jurnalistlərə açıqlamasında qeyd edib ki, sözügedən avadanlıqların fəaliyyəti dayandıqdan sonra onların Ukrayna ərazisinə qarşı istifadəsi mümkün olmayıb.
Ukrayna tərəfi daha əvvəl Belarus ərazisində yerləşən bu retranslyatorların Rusiyanın dron əməliyyatlarına dəstək verdiyini iddia etmişdi. Minsk isə bu ittihamlarla bağlı rəsmi mövqeyini açıqlamayıb.

Qeyd edək ki, Ukrayna və Belarus arasında təhlükəsizlik məsələləri son aylarda tərəflər arasında gərgin müzakirə mövzularından biri olaraq qalır.

//Samir Qurbanov, Editor.az