Merzdən Rusiyaya mesaj: Avropanın Ukraynaya dəstəyi zəifləməyəcəkbackend

Merzdən Rusiyaya mesaj: Avropanın Ukraynaya dəstəyi zəifləməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Merz Avropa ölkələrinin Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib.

O, Rusiyaya ünvanladığı mesajda Kiyevin Avropanın güclü siyasi və hərbi dəstəyini almaqda davam edəcəyini vurğulayıb.
Merz bildirib ki, Avropanın əsas mesajı Ukraynanın tək qalmadığı və Rusiyanın təzyiqlərinə baxmayaraq dəstəyin zəifləməyəcəyidir.

“Rusiyaya mesajımız budur ki, Ukrayna güclü olaraq qalır və Avropanın dəstəyi zəifləmir”, – deyə Almaniya kansleri qeyd edib.

Onun sözlərinə görə, Avropa dövlətləri Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi və ölkəyə yardımın davam etdirilməsi məsələsində vahid mövqe nümayiş etdirirlər. Merzin açıqlaması Berlinin ev sahibliyi etdiyi görüş çərçivəsində səsləndirilib.

//Samir Qurbanov, Editor.az