Amerikalı milyarder və sahibkar Elon Musk COVID-19 pandemiyasının yaranması ilə bağlı növbəti dəfə diqqətçəkən açıqlama verib.
Mask sosial şəbəkədə etdiyi paylaşımda ABŞ-ın koronavirusun yaranması ilə bağlı araşdırmalarda və maliyyələşdirmədə “mərkəzi rol” oynadığını iddia edib. O, bu fikri Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsi barədə paylaşımı şərh edərkən səsləndirib.
Milyarder hesab edir ki, ABŞ tərəfindən maliyyələşdirilən bəzi tədqiqat proqramları pandemiyanın mənşəyi ilə bağlı suallar doğurur. Bununla belə, o, virusun laboratoriyada yaradıldığına dair yeni sübut təqdim etməyib.
Qeyd edək ki, COVID-19-un mənşəyi məsələsi hələ də elmi və siyasi müzakirələrin mövzusu olaraq qalır. Bir sıra ekspertlər virusun təbii mənşəli ola biləcəyini bildirərkən, digərləri laboratoriya sızması ehtimalının da araşdırılmasının vacibliyini vurğulayırlar. ABŞ və digər ölkələrin xüsusi xidmət orqanları bu məsələ ilə bağlı fərqli qiymətləndirmələr təqdim ediblər.
//Samir Qurbanov, Editor.az

