Ukrayna müharibəsi ABŞ hərbçilərini narahat etdi: “Bu sahədə geri qalırıq”backend

Ukrayna müharibəsi ABŞ hərbçilərini narahat etdi: “Bu sahədə geri qalırıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada davam edən müharibənin təcrübəsi göstərib ki, pilotsuz uçuş aparatları gələcək silahlı münaqişələrin əsas elementlərindən birinə çevrilib.

Lakin məsələ yalnız dronlara sahib olmaqla bitmir – onların hazırlanması, sınaqdan keçirilməsi, satın alınması və döyüşdə effektiv tətbiqini təmin edən bütöv texnoloji ekosistem tələb olunur.

Forbes nəşrinin yazdığına görə, ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin veteranları hesab edirlər ki, məhz belə bir sistemin olmaması ABŞ ordusu üçün ciddi çağırış yaradır.
Məqalədə vurğulanır ki, Ukraynadakı döyüşlər müasir müharibənin xarakterini dəyişdirib və dronların kəşfiyyat, zərbə endirmə, hədəf aşkarlama və döyüş meydanında koordinasiya baxımından həlledici rol oynadığını nümayiş etdirib.

Amerikalı hərbçilərin fikrincə, gələcək müharibələrdə üstünlük əldə etmək üçün təkcə qabaqcıl texnologiyalara malik olmaq deyil, həm də onları sürətlə inkişaf etdirən və döyüş şəraitinə uyğunlaşdıran çevik innovasiya sisteminin qurulması vacibdir. ABŞ xüsusi təyinatlıları hesab edirlər ki, Ukrayna müharibəsi bu sahədə mühüm dərslər təqdim edib.