Ukraynada yanacaq qiymətlərində kəskin artım qeydə alındıbackend

Ukraynada yanacaq qiymətlərində kəskin artım qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada yanacaq doldurma məntəqələrində benzin və dizel yanacağının qiymətləri artmaqda davam edir.

Çərşənbə axşamı qeydə alınan bahalaşma fonunda ən böyük qiymət artımı A-92 markalı benzində müşahidə olunub.
Məlumata görə, A-92 benzininin qiyməti 1,96 qrivna və ya 2,7 faiz artaraq orta hesabla 73,42 qrivna/litr səviyyəsinə yüksəlib.

Ekspertlər bildirirlər ki, yanacaq bazarında qiymət artımına beynəlxalq neft bazarındakı bahalaşma, topdansatış qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması təsir göstərir.

Qiymət artımının yaxın günlərdə də davam edə biləcəyi istisna edilmir. Bu isə nəqliyyat xərclərinin və bəzi xidmət sahələrində qiymətlərin də yüksəlməsinə səbəb ola bilər.

//Samir Qurbanov, Editor.az