ABŞ-da ilk dəfə olaraq Ukrayna tərəfindən hazırlanmış və döyüş şəraitində sınaqdan keçirilmiş pilotsuz dəniz katerlərinin istehsalına başlanılacaq.
The Wall Street Journal nəşrinin məlumatına görə, bu addım Pentaqonun avtonom silah sistemləri arsenalını genişləndirmək strategiyasının bir hissəsidir. Layihə çərçivəsində Ukraynanın müharibədə effektivliyini sübut etmiş pilotsuz kater texnologiyası ABŞ müdafiə sənayesində istehsal ediləcək.
Mütəxəssislərin fikrincə, bu əməkdaşlıq ABŞ və Ukrayna arasında hərbi-texnoloji tərəfdaşlığın daha da gücləndiyini göstərir və dəniz əməliyyatlarında pilotsuz sistemlərin rolunu artıracaq.
//Samir Qurbanov, Editor.az

